ABŞ yük maşını sürücülərinə iş vizalarının verilməsini dayandırır
ABŞ prezidenti Donald Trampın administrasiyası ölkədə kommersiya daşımaları həyata keçirən yük maşını sürücülərinə iş vizalarının verilməsini dayandırdığını elan edib. Səbəb kimi “təhlükəsizlik problemləri” göstərilib.
ABŞ dövlət katibi Marko Rubio bu barədə Amerikanın X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Rubio qeyd edib ki, ABŞ-də ağırtonnajlı yük maşınlarını idarə edən xarici sürücülərin sayı artır və bu da “amerikalı vətəndaşların həyatını təhlükə altına qoyur, həmçinin yerli yükdaşıma sürücülərinin gəlir mənbələrini zəiflədir”.
Onun sözlərinə görə: “Bu gündən etibarən biz kommersiya yük maşını sürücüləri üçün iş vizalarına bütün müraciətlərin qəbulunu dayandırırıq”.
Bu ilin aprel ayında qüvvəyə minmiş fərmanla isə keçmiş prezident Barak Obama dövründə qəbul olunmuş bir norma ləğv edilmişdi. Həmin norma ingilis dilini bilməyən sürücülərin işdən çıxarılmasının qarşısını alırdı.
Anadolu Agency
Ayan Əsgərova