00:00:00
Yazar
Admin User
12.09.2023 17:46 322 2 dəq oxuma
Dünya

ABŞ yeni PUA-nı təqdim edib

ABŞ yeni PUA-nı təqdim edib

Dünyada hərbi texnologiyaların inkişafı sürətlə davam edir. Son olaraq isə Birləşmiş Ştatlar yeni PUA-sını təqdim edib.


ABŞ-ın “General Atomics” şirkəti bu ilin dekabrında havadan-havaya sinfinə məxsus raketlər atacaq “LongShot” pilotsuz uçuş aparatının sınağına başlayacaq. Məlumata görə, Pentaqon hələ iyunda şirkətlə PUA-nın sınağının üçüncü mərhələsinə dair dəyəri 94 milyon dollar olan müqavilə imzalayıb. PUA-nın hazırlanması zamanı əsas diqqət isə uzaq hədəflərin vurulmasına yönəldilib. “General Atomics” şirkəti belə sözügedən texnikanı təqdim edərlən bildirib ki, əsas məqsəd hər hansı missiyanın effektivliyini artıran və pilotlu təyyarələr üçün riski azalda bilən yeni PUA hazırlamaqdır. Hətta texnika qarşısına qoyulan məqsədləri uğurla tamamlaya bilsə, PUA-nın qırıcılarla mübarizə apara biləcək versiyasının da yaradılacağı iddia olunur. 


Maraqlıdır, dünyada havadan-havaya raketlər ata bilən PUA-ların hazırlanması və test sınaqlarının keçirilməsində ilk addımları Türkiyə atıb. Ankara xüsusən də son dövrlər ən müasir PUA-larını təqdim edərkən, daha çox bu texnikaların havadan-havaya raket buraxa bilmə xüsusiyyətlərini nümayiş etdirib. Hətta 2024-cü ildə Türkiyənin inventarına daxil olacağı bildirilən "Kızılelma" pilotsuz döyüş təyyarəsi də əsasən havadan-havaya döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlanır. Bunun fonunda eynilə Birləşmiş Ştatların da indiki məqamda belə bir PUA üzərində çalışması, sözügedən texnologiyanın gələcəkdə qırıcı təyyarələri əvəzləyə biləcəyi iddialarını gücləndirir. 


"Baykar" şirkətinin texniki direktoru Səlcuq Bayraqdar bildirib ki, beşinci nəsil təyyarələr yüksək inkişaf etmiş radarlara malikdir: “Hazırda ölkəmiz də onlara qarşı hazırlanır. “Havadan-havaya” raketləri o radarlar və həmin sursatlarla və təbii ki, bu ağıllı, süni intellektlə inteqrasiya olunduqda, avtomatik pilotu tamamilə arxa planda saxlayacaq və ona yalnız yüksək səviyyəli qərarlar qəbul etmə imkanı verəcək. Bu təyyarəni bu şəkildə məşğul olmağa imkan verəcək texnologiyalarla birləşdirdiyiniz zaman təbii ki, gələcəkdə 5-ci nəsil müəyyən mənada ömrü sona çatacaq”.

Bununla belə, ekspertlər və yüksək rütbəli şəxslər qırıcı təyyarələrin tamamilə yox olacağını düşünmürlər. Onların fikrincə, son dövrlər hazırlanmaqda olan PUA-lar sadəcə hazırda olan qırıcı texnologiyasını əvəz edə biləcək. Lakin şirkətlər daha müasir və daha güclü qırıcılar üzərində də çalışır. Hətta Birləşmiş Ştatlar da qısa müddət əvvəl 6-cı nəsil qırıcı təyyarə üzərində işləməyə başlayıb. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər