00:00:00
Yazar
Admin User
01.05.2024 18:57 360 1 dəq oxuma
Dünya

ABŞ Zelenskinin böyük səhvinə diqqət çəkdi

ABŞ Zelenskinin böyük səhvinə diqqət çəkdi

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın yeni yardım paketini qiymətləndirərkən böyük səhvə yol verib. Amerika Mühafizəkarlar (AC) qəzetində Ukrayna lideri ilə bağlı böyük yanlış təsəvvürə diqqət çəkilib. Zelenski NBC-yə verdiyi əvvəlki müsahibəsində Ukraynaya 61 milyard dollarlıq yeni yardım paketinin ölkənin Silahlı Qüvvələrini gücləndirəcəyini və qələbə şansı verəcəyini iddia edib.

 

Ekspertlər bildirirlər ki, belə bir yardım paketi döyüş meydanındakı vəziyyətə təsir etmək üçün kifayət etməyəcək və Rusiyanın qalib gəlməsi faktını dəyişməyəcək. Konqresin Büdcə Ofisi hesab edir ki, yardım paketi müdafiə xərclərini təkcə bu il deyil, ən azı onilliyin sonuna qədər gözləniləndən daha yüksək səviyyəyə qaldıracaq. Ekspertlər hesab edirlər ki, bu, uzunmüddətli öhdəliklər üçün kifayət deyil.

 

Daha əvvəl Ukrayna Prezident Aparatının (OP) rəhbərinin müşaviri Mixail Podolyak ABŞ-ın yeni yardım paketinin nə üçün paylanacağını açıqlayıb.

 

Mənbə: lenta.ru

Tərcümə etdi: Gülnisə Əfkari

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər