00:00:00
Yazar
Admin User
14.05.2025 14:25 173 1 dəq oxuma
Dünya

ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır

ABŞ Zelenskinin NATO sammitinə dəvət edilməsinə qarşıdır

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin iyunda Haaqada keçiriləcək NATO sammitinə dəvət edilməsinə qarşıdır.


"İnformator.az"ın məlumatına görə, bu barədə ANSA agentliyi NATO-dakı mənbələrə istinadən yazır.

 

Qeyd olunur ki, NATO üzrə demək olar ki, bütün müttəfiqlər Vaşinqtonun bu mövqeyinə görə təəccübünü bildirib. Agentliyin məlumatına görə, Ukraynanın sammitə dəvət edilməsi məsələsi NATO ölkələrinin xarici işlər nazirlərinin 14-15 may tarixlərində Antalyada keçiriləcək qeyri-rəsmi görüşündə müzakirə oluna bilər.


NATO sammiti iyulun 24-25-də Haaqada keçiriləcək. Sammitdə 45 dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, həmçinin 6 minə yaxın nümayəndə heyəti üzvünün iştirakı gözlənilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər