00:00:00
Yazar
Admin User
23.10.2023 12:28 565 2 dəq oxuma
Dünya

Adi bir qığılcımla Dünya müharibəsi başlaya bilər

Adi bir qığılcımla Dünya müharibəsi başlaya bilər

“Oktyabrın 7-də HƏMAS silahlı qüvvələrinın hücumu nəticəsində İsrail-Fələstin silahlı münaqişəsinin başlanğıcı qoyuldu”.

 

Bu ifadəni İnformator.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib. Politoloq deyir ki, İsrail hazırda Qəzzanı darmağın etməkdə davam edir.

 

“Ölənlərin sayı 5000-i ötüb. İsrail tərəfdə isə 1405 ölüm halı qeydə alınıb. Müharibənin qarşısının alınması məqsədilə böyük miqyaslı dəstək mitinqləri həyata keçirilir. Yüz minlərlə əhali İsrailin Qəzzada yaşayan əhaliyə divan tutması, onların məhv edilməsi barədə ciddi narazılıqlar dilə gətirir”.

 

Politoloq düşünür ki, əgər müharibə geniş vüsət almağa başlasa, İranda bu münaqişəyə cəlb ediləcək.

 

“Digər tərəfdən isə ABŞ İsrailə dəstək olduğunu bildirir. Onların hərb gəmiləri hazırda körfəzdədir. Müharibənin 3-cü günü İsrail Müdafiə Nazirliyi açıqlamasında bildirdi ki, onlar Qəzza zonasına keçərək, yerüstü əməliyyatlara başlayacaqlar. Amma ABŞ-ın narazılığı nəticəsində hazırda bu əməliyyatlar həyata keçirilmir. Eyni zamanda, Türkiyə bəyanatında bildirdi ki, qüvvələr Qəzzaya daxil olsa, özü də bu münaqişəyə qoşulacaq”.

 

Elşad Həsənov qeyd edir ki, digər ölkələr bu münaqişənin tezliklə bitməsinin tərəfdarıdır.

 

“Pakistanlı bir deputat Qəzzada baş verən hadisələrlə bağlı, İsrailə atom bombası atmağı tələb etdi. Bu gün Çin dövlətidə Yaxın Şərq körfəzinə 5 hərbi gəmisini göndərib. Çin də bu münaqişədə Fələstini dəstəkləyir. Putin isə Fələstinə dəstək məqsədi ilə, humanitar koridorun açılmasını təklif edir”.

 

Müsahib əlavə edir ki, adi bir qığılcım Dünya müharibəsinin başlanmasına səbəb olacaq.

 

“Müharibə harda olmasından asılı olmayaraq, onun dəhşətli nəticələri, törədəcəyi fəsadlar göz önündədir. Fələstin xalqını köçürmək bu andan etibarən mümkün deyil. Münaqişənin yeganə həlli yolu Fələstin dövlətinin yaradılmasıdır”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər