00:00:00
Yazar
Admin User
19.11.2025 15:45 227 2 dəq oxuma
Siyasət

AEBA bu gün İranla bağlı qətnamə qəbul edəcək

AEBA bu gün İranla bağlı qətnamə qəbul edəcək

Böyük Britaniya, Almaniya, Fransa və ABŞ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) Rəhbərlər Şurasına İranın nüvə obyektləri və zənginləşdirilən uran ehtiyatlarına çıxış tələb edən qətnamə layihəsi təqdim ediblər.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Böyük Britaniya, Almaniya və Fransa və ABŞ-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Rəhbərlər Şurasına təqdim etdikləri qətnamə layihəsi nüvə obyektlərinə giriş tələbi ilə bağlıdır:


“Agentlik qərar qəbul etməli, mövcud nüvə obyektləri və zənginləşdirilən uran ehtiyatlarına çıxış mümkün olmalıdır. Qərbin İranla mövcud vəziyyətdə bu qətnaməni həyata keçirməyə çalışması problemin həllində ciddi olduğunu, qərarlı olduğunu bir daha göstərir. İran müxtəlif bəyanatlarla vəziyyəti yumşaltmağa, beynəlxalq aləmin nəzərini fərqli istiqamətə yönəltməyə çalışsa da Qərb tələbindən əl çəkmir. Bu da ümumi vəziyyətin gərgin olaraq qalmasını labüdləşdirir. Hər halda atom enerjisi ilə bağlı İran müvafiq beynəlxalq təşkilatlara qapısını açmalı və şərait yaratmalıdır. Eynən vaxtilə Səddam Hüseyn İraqı üçün də bunu tələb ediblər. Əslində Qərbin məqsədi İranda nüvə silahının olub olmamasını tam dəqiqləşdirməkdir. Çünki növbəti hədəf müharibədirsə, nüvə başlığının olmaması haqda dəqiq müayinə lazımdır. Məhz İraqda da eynilə bu cür olub. Gəlib yoxladılar, gördülər Səddam Hüseynin nüvə başlığı yoxdur, getdilər və arxayın bombaladılar. İranı da hazırda bu cür müayinə etmək istəyirlər. İran da bu tələyə düşmək üzrədir. İdeoloji məsələlərdə islahat və dəyişiklik, siyasi kursda dünyaya inteqrasiya etməlidir. Əgər dönüş nöqtəsi olmasa, hərbi müdaxilə qaçılmaz olacaq. İran Qərbin fürsətə çevirə biləcəyi addımlardan geri dursa, siyasi xəttini yeniləsə və Prezident Pezeşkiyanın islahatçı komandasına geniş imkanlar versə, Qərbin müdaxilə ehtimalını zəiflədə və ya prosesləri uzada bilər”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər