AFAD rəhbəri: Azərbaycan və Türkiyənin təbii fəlakətlər zamanı birgə əməkdaşlıqları var
Azərbaycanla Türkiyə arasında təbii fəlakətlər zamanı risklərin azaldılması, təbii fəlakətlər səbəbindən olan dağıntıların aradan qaldırılması istiqamətində birgə əməkdaşlıqlar var və bu istiqamətdə fəaliyyətlər davam edəcək.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə ilə Azərbaycan arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq formatı yüksək səviyyədədir və bu müstəvidə əməkdaşlıq davam edir:
“Həm fövqəladə hallar, həm hərbi vəziyyət və digər sahələrdə tərəflər koordinasiyalı çalışır və Türkiyə, Azərbaycan arasında müttəfiqlik münasibətləri var. Ona görə də bu münasibətlər təbii ki, regional təhlükəsizliyin təmin olunmasına gətirib çıxarıb. Təbii ki, bu, təkcə Cənubi Qafqaza deyil, Mərkəzi Asiya istiqamətində də, proses gedir. Yəni Türkiyə, Azərbaycan faktoru, regional əməkdaşlıq, regional təhlükəsizliyinin formalaşmasına gətirib çıxarır. Xəzər hövzəsində də, bu öz aktuallığını artıq reallaşdırır. Proses ondan ibarətdir ki, yeni dünya nizamı qurulur, ümumi təhlükəsizlik riskləri var, çağırışları var və bu müstəvidə Azərbaycanla Türkiyənin əməkdaşlıq etməsi labüddür. Təbii fəlakətləri, hibrid təhlükəsizlik, hərbi texniki əməkdaşlıq və ümumi təhlükəsizliyə qarşı təhdidlərə qarşı birgə fəaliyyət, Türkiyə Azərbaycan əməkdaşlığı formatını davam edir və bu da Cənubi Qafqazda, həmçinin Xəzər hövzəsində regional təhlükəsizliyə töhfə verir “.
Reyhan Quliyeva
