Afrika ölkəsinin vitse-prezidentini daşıyan təyyarə yoxa çıxıb
Afrikanın vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə Malavidə itkin düşüb .
Malavi Müdafiə Qüvvələrinə məxsus təyyarə bazar ertəsi səhər Afrikanın paytaxtı Lilonqvedən havaya qalxdıqdan sonra radarlardan itib . Hadisə prezidentin ölkənin şimalındakı Mzuzu hava limanına gedərkən baş verib.
Prezident Lazarus Çakvera axtarış-xilasetmə əməliyyatına göstəriş verib. O, həmçinin Baham adalarına uçuşunu da ləğv edib.
Saulos Çilima 2014-cü ildən Malavinin vitse-prezidentidir. Hökumət saytında onun iqtisad elmləri doktoru olduğu qeyd edilir.
2022-ci ildə o, korrupsiyada ittiham olundu - Çilimanın dövlət müqavilələrini təmin etmək müqabilində pul aldığı iddia edildi, ölkənin antikorrupsiya agentliyi xəbər verir. Onun britaniyalı iş adamından 280 min dollar aldığı bildirilir. Lakin cəmi bir ay əvvəl dövlət ittihamçısı işə xitam verilməsi barədə bildiriş təqdim etdikdən sonra yerli məhkəmə ittihamları ləğv etdi . Bu qərarın səbəbləri açıqlanmayıb.
