Ağ Ev: ABŞ admiralı ikinci Venesuela zərbəsini əmr edib
Ağ Ev təsdiqləyib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin yüksək rütbəli admiralı iddia edilən Venesuela narkotik qaçaqmalçılığı qayığına ikinci zərbə endirilməsini əmr edib.
2 sentyabrda həyata keçirilən bu “ikili zərbə” ABŞ qanunvericiləri arasında iki partiyadan da tənqid alıb. The Washington Post-un yaxınlarda yaydığı məlumata görə, ilk partlayışdan iki nəfər sağ qalıb və yanan qayıqdan yapışaraq xilas olmağa çalışıblar, lakin ikinci zərbə nəticəsində öldürülüblər. Bu isə əməliyyatın qanuniliyinə dair yeni suallar yaradıb.
Ağ Evin mətbuat katibi Karolin Leavitt bazar ertəsi bildirib ki, Müdafiə naziri Pit Hegseth zərbələri təsdiqləyib, lakin reportajda iddia olunduğu kimi “hamını öldürmək” əmri verməyib.
“Admiral (Frank) Bredli əlavə zərbəni əmr edərkən səlahiyyətləri və qanun çərçivəsində tam şəkildə hərəkət edib”, – Leavitt bildirib.
BBC
Səadət Əlizadə