Ağ Ev: İran İsrailə hücum təhdidindən əl çəkməyib
İran İsrailə hücum planından əl çəkməyib. CNN xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib .
“Məlumatlara görə, İran İsrailə hücum təhdidindən əl çəkməyib”, - ABŞ hökumətinin sözçüsü bildirib.
Kirbi həmçinin vəziyyətin silahlı hücuma çevrilməyəcəyinə ümid etdiyini bildirib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi Qərbin İsrailə hücum etməmək çağırışlarına cavab verib . İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaninin sözlərinə görə, Qərb ölkələrinin İsrailə qarşı təmkinli olmağa çağırışları beynəlxalq hüququn prinsiplərinə ziddir.
