00:00:00
Yazar
Admin User
21.10.2025 17:09 117 3 dəq oxuma
Dünya

Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur

Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur

Bildirilir ki, Vaşinqtonun hazırkı strategiyası İsrailin baş nazirini HAMAS-a qarşı genişmiqyaslı hücumunu davam etdirməkdən çəkindirmək üçün prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, vitse-prezident Ceyms Vens və prezidentin kürəkəni Jared Kuşnerin vasitəçiliyindən istifadə etməkdir.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda İsrailin Qəzzada atəşkəsi pozması çox təhlükəli və ziyanlı bir addımdır:

 

 

"Qəzzada düşündürücü və təhlükəli bir vəziyyət yaranıb. Qəzza ilə İsrail arasında baş verən hadisələr müəyyən qədər ironik, hətta gülüş doğuran mənzərə yaradıb. İronik olsa da, vaxtilə ABŞ-nin Qəzzada Fələstinlə İsrail arasında vasitəçilik etdiyi bir vaxtda, bu gün elə ABŞ-nin özü ilə İsrail arasında vasitəçiliyə ehtiyac yaranıb. Bu olduqca anormal bir vəziyyətdir. Təbii ki, mövcud atəşkəs razılaşması çox kövrəkdir və istənilən an pozula bilər. Artıq əvvəlcədən də bildirildiyi kimi, bu sənəd uzunmüddətli və dayanıqlı sülhə təminat verəcək xarakter daşımır. Razılaşmanın zəif və təminatsız tərəfləri mövcuddur. Hazırda İsrailin Qəzzada atəşkəsi pozması çox təhlükəli və ziyanlı bir addımdır. Bu əvvəlcədən gözlənilən bir ssenari idi və nəhayət baş verib. Atəşkəsin pozulması münaqişənin daha uzun müddət davam etməsi riskini artırır. Bu isə həm HƏMAS-ı, həm də digər fələstinli mübarizə qruplarını daha barışmaz və radikal mövqeyə sürükləyə bilər. Eyni zamanda bu vəziyyət ərəb dünyasında parçalanmaya səbəb ola bilər. 13 oktyabr razılaşmasına imza atan Misir, Qətər və Türkiyə kimi ölkələrdə ciddi narazılıq yaranacaq. Bu narazılıq ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanmış bu razılaşmaya qarşı radikal mövqelərin formalaşmasına gətirib çıxara bilər".

 

 

Müsahib bildirib ki, əlbəttə, əgər bu vəziyyətdə Donald Tramp Netanyahunun üzərində təsir imkanlarının olmadığını açıq şəkildə etiraf edərsə və bunu nümayiş etdirərsə, bu, Fələstində növbəti mərhələdə əsl faciənin başlanmasına səbəb ola bilər:

 

 

"Türkiyənin bu məsələdə rolu olduqca təsirlidir. Artıq Türkiyə Prezidenti bəyan edib ki, əgər atəşkəs Netanyahunun vasitəsilə pozularsa, Türkiyə əsgəri İsraillə üz-üzə gələcək. Bu təkcə bir təhdid deyil, eyni zamanda göstərir ki, Türkiyənin səbir kasası artıq dolub. Bununla yanaşı, İsrail Qəzzada müvəqqəti olaraq imzalanmış atəşkəsi qorumaq əvəzinə, ərəb dünyası ilə münasibətləri daha da gərginləşdirən addımlar atır. Suriyada işğal olunmuş Colan təpələrindən və Harun dağlarından çıxmayacağını açıq şəkildə bəyan edib və Suriyanın parçalanmasında maraqlı olduğunu nümayiş etdirir. Bununla yanaşı, İsrailin Livanın cənub sərhədlərində hərbi eskalasiyanı artırması da atəşkəsə olan inamı ciddi şəkildə sarsıdıb. İndiyə qədər problem yalnız Fələstinlə İsrail arasında idi, indi bu qarşıdurma artıq ərəb dünyası ilə İsrail arasında genişlənir. Daha təhlükəlisi isə, məsələ artıq ABŞ-lə İsrail arasında problem xarakteri almağa başlayır. Bu isə ya Amerikanın bölgədəki zəifliyini, ya da Tramp ilə Netanyahunun pərdəarxası gizli razılaşmalarının mövcudluğunu göstərir".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər