00:00:00
Yazar
Admin User
21.11.2025 18:39 97 3 dəq oxuma
Dünya

Ağ Ev Ukraynaya 28 maddəlik sülh planı təqdim edib

Ağ Ev Rusiyayla müharibəni dayandırmağa yönəlmiş 28 maddəlik çərçivə planının təsdiqi üçün Ukraynanın mövqeyini gözləyir. ABŞ Prezidenti Donald Trump Fox News Radio-ya açıqlamasında bildirib ki, Vaşinqton Kiyevdən cavab üçün cümə axşamını “uyğun tarix” hesab edir. O qeyd edib ki, Ukraynanın qərarına qədər Rusiyaya qarşı mövcud sanksiyalar qüvvədə qalacaq.

Rəsmilərin sözlərinə görə, göstərilən tarix qəti son tarix deyil və danışıqların mürəkkəbliyi səbəbindən prosesin bir həftədən çox davam etməsi gözlənilir.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa ünvanladığı videomüraciətdə mövcud vəziyyəti “ölkə tarixinin ən çətin məqamlarından biri” kimi qiymətləndirib. O, ukraynalıları birliyə səsləyərək bildirib ki, Kiyev dövlətin ləyaqətini qorumaq və beynəlxalq dəstəyi itirməmək arasında ağır seçimlə üz-üzə qala bilər, çünki təqdim olunan plan ciddi güzəştlər tələb edir.

Məlumata əsasən, layihə Ukraynanın Donbasın şərq hissəsinin Rusiyaya verilməsini, ordunun məhdudlaşdırılmasını, Krımın Rusiyanın tərkibində tanınmasını və NATO-ya qoşulmamaq öhdəliyini ehtiva edir. Kreml isə Kiyevi “məsuliyyətli qərar” verməyə çağırsa da, planın bütün detalları ilə hələ tanış olmadığını bildirir.

Planın açıqlanması Ukraynanın cəbhə xəttində geriləməsi və ölkədə 100 milyon dollarlıq korrupsiya qalmaqalının gündəmdə olduğu bir vaxtda baş verir. Zelenskinin adı bu qalmaqalda hallanmır.

Ağ Evin mətbuat katibi Karolin Leavitt bəyan edib ki, sənəd bütün tərəflərə təhlükəsizlik təminatları təqdim etməyi və “hamının qazana biləcəyi bir ssenari” yaratmağı hədəfləyir.

ANEWZ
Güllər Gülhüseynova

Ağ Ev Rusiyayla müharibəni dayandırmağa yönəlmiş 28 maddəlik çərçivə planının təsdiqi üçün Ukraynanın mövqeyini gözləyir. ABŞ prezidenti Donald Trump Fox News Radio-ya açıqlamasında bildirib ki, Vaşinqton Kiyevdən cavab üçün cümə axşamını “uyğun tarix” hesab edir. O qeyd edib ki, Ukraynanın qərarına qədər Rusiyaya qarşı mövcud sanksiyalar qüvvədə qalacaq.

Rəsmilərin sözlərinə görə, göstərilən tarix qəti son tarix deyil və danışıqların mürəkkəbliyi səbəbindən prosesin bir həftədən çox davam etməsi gözlənilir.

Ukrayna prezidenti Volodimir Zelenski xalqa ünvanladığı videomüraciətdə mövcud vəziyyəti “ölkə tarixinin ən çətin məqamlarından biri” kimi qiymətləndirib. O, ukraynalıları birliyə səsləyərək bildirib ki, Kiyev dövlətin ləyaqətini qorumaq və beynəlxalq dəstəyi itirməmək arasında ağır seçimlə üz-üzə qala bilər, çünki təqdim olunan plan ciddi güzəştlər tələb edir.

Məlumata əsasən, layihə Ukraynanın Donbasın şərq hissəsinin Rusiyaya verilməsini, ordunun məhdudlaşdırılmasını, Krımın Rusiyanın tərkibində tanınmasını və NATO-ya qoşulmamaq öhdəliyini ehtiva edir. Kreml isə Kiyevi “məsuliyyətli qərar” verməyə çağırsa da, planın bütün detalları ilə hələ tanış olmadığını bildirir.

Planın açıqlanması Ukraynanın cəbhə xəttində geriləməsi və ölkədə 100 milyon dollarlıq korrupsiya qalmaqalının gündəmdə olduğu bir vaxtda baş verir. Zelenskinin adı bu qalmaqalda hallanmır.

Ağ Evin mətbuat katibi Karolin Leavitt bəyan edib ki, sənəd bütün tərəflərə təhlükəsizlik təminatları təqdim etməyi və “hamının qazana biləcəyi bir ssenari” yaratmağı hədəfləyir.

ANEWZ
Güllər Gülhüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər