00:00:00
Yazar
Admin User
05.11.2025 17:17 215 2 dəq oxuma
Siyasət

Ağ Ev variantları nəzərdən keçirir

Ağ Ev variantları nəzərdən keçirir

KİV verdiyi məlumata əsasən, Ağ Ev Venesuelada hərbi əməliyyatlar üçün üç variantı nəzərdən keçirir. Tramp administrasiyası Nikolas Maduronu hakimiyyətdən uzaqlaşdırmaq üçün Venesuelaya qarşı hərbi əməliyyat üçün üç mümkün ssenarini nəzərdən keçirir.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, hazırkı halda Venesuelaya ABŞ müdaxiləsi qaçılmazdır:

 

“Bu planın birinci variant ordunun Maduroya dəstəyini zəiflətmək üçün Venesuela hərbi obyektlərinə hava hücumlarını əhatə edir. Bu variantın tərəfdarları bunun Venesuela liderini ölkəni tərk etməyə məcbur edə biləcəyinə inanırlar. Lakin tənqidçilər zərbələrin əks nəticə verə biləcəyini və Maduroya dəstəyi gücləndirə biləcəyini qeyd edirlər. İkinci variant Venesuela prezidentini tutmaq və ya öldürmək üçün elit Dəniz Qüvvələrinin bölməsinin (Dəniz Pişikləri) göndərilməsini əhatə edir.
Üçüncü plana görə, Vaşinqton hava limanlarını, neft yataqlarını və müəyyən infrastruktur obyektlərini ələ keçirmək üçün Venesuelaya antiterror qüvvələri göndərə bilər. Bu gün ABŞ və Venesuela münasibətləri kritik vəziyyətdədir. Bu münasibətləri, həmçinin Kolumbiya-ABŞ münasibətlərinə də ehtiva etmək olar. Ancaq son zamanlar qeyd etmək lazımdır ki, Meksika-ABŞ münasibətləri də ürəkaçan deyil. Bu üç dövləti nəzərə alsaq, qeyd etməliyik ki, bu dövlətlər dünyada narko-kartellərin, yəni narkotik maddənin əsas istehsalçılarıdır. Onların bu məhsulları idxal etdiyi əsas yer ABŞ-dir və bu səbəbdən ABŞ daxilində çox böyük narazılıqlar mövcuddur. ABŞ prezidenti Trampın daxili siyasətinin bir hissəsi ondan ibarətdir ki, stabil bir ABŞ dövləti görməkdir, küçələrdə narkotik satışının qarşısı alınmasıdır. Və bununla bağlı hərbi və polis qüvvələrindən daim istifadə edir və son zamanlar bu daha da istifadə edir. Tramp öz çıxışlarında ABŞ vətəndaşlarının narkotik maddələrdən əziyyət çəkməsini və ölüm faktlarını xüsusi vurğulayır və bu üç dövlətə qarşı təzyiqlərini artırır. Hazırkı halda Venesuelaya ABŞ müdaxiləsi qaçılmazdır. Artıq ABŞ Hərbi Hava Qüvvələri tərəfindən Venesuelaya məxsus bir neçə gəmi və kater məhv edilib. ABŞ tərəfinin verdiyi məlumata görə, həmin gəmi və katerlərdə narkotik maddələr olub və onlar narkotik daşımaq üçün istifadə olunub. Bununla bağlı Venesuela prezidenti və onun hərbi naziri öz narazılıqlarını bildiriblər”.

 

Politoloq eyni zamanda açıqlamasında qeyd edib ki, hazırda Venesuelada böyük ABŞ neft şirkətləri fəaliyyətlərini davam etdirirlər:

 

“Qeyd etmək lazımdır ki, hazırda Venesuelada böyük ABŞ neft şirkətləri fəaliyyətlərini davam etdirirlər və onlar Venesuela neftinin ABŞ-yə idxalı ilə məşğuldurlar. Ancaq görünən odur ki, bu gün Venesuela ilə ABŞ arasında, konkret olaraq Trampın rəhbərliyi dövründə qarşıdurma qaçılmazdır və böyük ehtimalla belədə olacaqdır. ABŞ Venesuelaya hərbi müdaxilə edəcək”.


Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər