00:00:00
Yazar
Güllər Gülhüseynova
22.04.2026 08:46 15 1 dəq oxuma
Dünya

Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib

Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib

Ağ Ev Birləşmiş Ştatların Vitse-prezidenti Cey Di Vensin Pakistana planlaşdırılan səfərinin ləğv edildiyini təsdiqləyib. Onun İranla danışıqlar prosesində yenidən Amerika nümayəndə heyətinə rəhbərlik edəcəyi nəzərdə tutulurdu.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsinə istinadən jurnalistlər məlumat veriblər.

 

"Prezident Trampın "Truth Social" sosial şəbəkəsində Birləşmiş Ştatların İrandan vahid təklif almağı gözlədiyini təsdiqlədiyi paylaşımını nəzərə alaraq Pakistana bugünkü səfər baş tutmayacaq", - bəyanatda bildirilib.

 

Qeyd olunub ki, Ağ Ev mümkün gələcək üz-üzə görüşlər barədə rəsmi məlumat verəcək.

 

Daha əvvəl Tramp İranla atəşkəs rejiminin uzadıldığını bildirib.

 

#yeni #i̇slamabada #azərbaycan #olunduğunu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər