Ağ Evdə Trampın portreti yenilənib
ABŞ Prezidenti Donald Trampın yenilənmiş rəsmi portreti Ağ Ev vasitəsiləictimaiyyətə təqdim olunub.
"İnformator.az" xəbər verir ki, bu barədə məlumat Ağ Evin "X" sosial şəbəkə platformasından paylaşılıb.
"Yeni rəsmi portret az əvvəl yayımlandı," - deyə paylaşımda qeyd edilib.
Portretdə Donald Tramp qara fonda təsvir olunub. Təsvirdə ən diqqətçəkən məqam əvvəlki rəsmi şəkillərdən fərqli olaraq, arxa planda ABŞ bayrağının yer almamasıdır.
Qeyd edək ki, Trampın inaqurasiya mərasimində təqdim olunan portretində arxa planda ABŞ bayrağı var idi.
Bundan başqa, prezidentin qalstuk rəngi də mavi əvəzinə qırmızı rənglə əvəz olunub.
Yenilənən portret artıq Ağ Evin rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin və birinci xanım Melaniya Trampın rəsmi portretlərində hər hansı dəyişiklik edilməyib.