Ağ Evdən ABŞ Prezidenti Trampa Nobel Sülh Mükafatının verilməməsinə etiraz
Ağ Ev 2025-ci il Nobel Sülh Mükafatının ABŞ Prezidenti Donald Trampa verilməməsinə etiraz edərək, Nobel Komitəsini “sülhdən çox siyasəti ön planda tutmaq” ilə ittiham edib.
Ağ Ev Kommunikasiya Direktoru Stiven Çunq, ABŞ mərkəzli X sosial media platformundakı hesabından, 2025 Nobel Sülh Mükafatını venesuelalı siyasətçi Mariya Korina Maçadonun qazanmasıyla bağlı açıqlama verib.
Çunq, Trampın sülh razılaşmaları imzalamağa və müharibələri bitirməyə davam edəcəyini bildirərək deyib:
“O, insansevər bir ürəyə sahibdir və bir daha onun kimi iradəsi ilə dağları yerindən oynada biləcək biri gəlməyəcək”.
Çunq, Trampın mükafatı qazanmamasına istinad edərək belə qeyd edib:
“Nobel Komitəsi, sülhdən çox siyasəti ön planda tutduqlarını sübut edib”.
2025 Nobel Sülh Mükafatı, Venesuelanın demokratik haqlarını müdafiə etmək üçün göstərdiyi mübarizəyə görə siyasətçi Mariya Korina Maçadoya verilib.
TRT XƏBƏR
Lalə Qurbanlı