Ağdam sakini Füzulidə minaya düşərək həlak olub
Ağdam sakini Füzulidə minaya düşərək həlak olub.
"İnformator.az" "Teleqraf"a istinadən bildirir ki, hadisə Füzuli rayon Aşağı Veysəlli kəndi ərazisində baş verib.
Füzulidə çoban kimi işləyən Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Hacıyev Ramil Maşallah oğlu atla hərəkətdə olarkən minaya düşüb. Nəticədə at və atın üstündə olan R.Hacıyev hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma başlanıb.