00:00:00
Yazar
Admin User
22.07.2025 19:04 176 1 dəq oxuma
Sosial

Ağdam və Ağdərədə güclü yanğın baş verib

Ağdam və Ağdərədə güclü yanğın baş verib

Ağdam və Ağdərədə güclü yanğın baş verib.


"İnformator.az"  "Teleqraf"a istinadən xəbər verir ki, Ağdam rayon Əlağalı, Qaralar,Qazançı kəndlərində başlayan alov Ağdərə rayon Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.

 

Yanğın baş verən ərazilərdə mina partlayışı səsləri də eşidilib.

 

Məlumatda deyilir ki, ərazidə olan kol bitkiləri və quru ot örtüyü alovlanaraq daha da geniş ərazilərə yayılmaqdadır.

 

Hazırda FHN-nin Ağdam rayonundan 2 yanğınsöndürən maşın və işçi qüvvəsi, Xocalı və Ağdərə rayonundan hər birindən 1 maşın və işçi qüvvəsi cəlb olunub.

 

Ərazinin dağ relyefi olduğu üçün ümumilikdə 50 nəfər şəxsi heyyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışır.


Hazırda yanğın davam edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər