00:00:00
Yazar
Admin User
19.09.2025 19:05 102 1 dəq oxuma
Siyasət

Ağdamda minatəmizləmə ilə bağlı məruzə

Ağdamda minatəmizləmə ilə bağlı məruzə

Avropa İttifaqının genişlənmə məsələləri üzrə Komissarı Marta Kos-un Azərbaycana səfəri çərçivəsində azad olunmuş ərazilərdə, xüsusilə Ağdam rayonunda minatəmizləmə və yenidənqurma işlərinin vəziyyəti ilə tanışlığı diqqət mərkəzindədir.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a bildirib ki, Avropa qurumlarının hər hansı birinin səfəri və xüsusilədə Azərbaycanın azad olunmuş ərazilərinə səfəri böyük əhəmiyyət daşıyır:

 

“İndiyə qədər qərb qurumları xüsusilə Avropa təşkilatları Azərbaycan və Ermənistan arasındakı münaqişəyə birmənalı şəkildə erməni diasforunun təsiri altında fikir bildirirdilər. Ona görə də Avropa birliyi və onun tərkibinə daxil olan digər törəmə təşkilatlar böyük ölçüdə məhz erməni normativlərini gündəmə gətirirdilər. İndi isə bu proses tədricən arxa plana keçir və erməni faktoru öz əhəmiyyətini itirməyə başlayıb. Azərbaycanın iqtisadi gücü və tranzit potensiyalı Avropa ölkələri üçün daha əlverişlidir. Buna görə də intensiv və effektiv münasibətlər qurmaq niyyətinı düşüblər. Həm Azərbaycan, həm də Azərbaycanın işğaldan azal olunmuş ərazilərinə olan səfərlər əhəmiyyət daşıyır. Avropa rəsmilərinin yerində vəziyyəti görməsi onların mövqeyinin daha balanslı və obyektiv formalaşmasına şərait yaradır. Bu, həm də Ermənistan-Azərbaycan sülh danışıqlarında daha konstruktiv mövqelərin yaranmasına yardımçı ola bilər”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər