00:00:00
Yazar
Admin User
01.12.2025 17:02 122 1 dəq oxuma
Siyasət

Ağrılı və siyasi baxımdan partlayıcı güzəşt

Ağrılı və siyasi baxımdan partlayıcı güzəşt

ABŞ və Ukrayna arasında bazar günü keçirilən danışıqlar sülh sazişi çərçivəsində Rusiya ilə faktiki sərhədin müəyyənləşdirilməsi mövzusu ətrafında cəmləşib. Bu barədə Axios ukraynalı rəsmilərə istinadən məlumat yayıb.

 

Məlumata əsasən, Vaşinqton Kiyevdən nəzarətində saxladığı bəzi ərazilərdən imtina etməyi istəyir. ABŞ bunun Moskvanı sülh sazişinə razı sala biləcəyinə ümid edir. Nəşr yazır ki, belə addım Ukrayna üçün “ağrılı və siyasi baxımdan partlayıcı güzəşt” kimi qiymətləndirilir.

 

“Əsas məsələ rusların mövqeyinin nədən ibarət olması və onların niyyətlərinin real olub-olmamasıdır. Gözləyək, Uitkoff Moskvadan nə gətirəcək”, — deyə danışıqlarla bağlı ukraynalı rəsmilərdən biri bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər