Ağstafada fermada kişi meyiti tapılıb
Ağstafada fermada kişi meyiti aşkarlanıb.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb. Rayon sakini 1982-ci il təvəllüdlü F.Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
