Aİ 2027-ci ilə qədər Rusiya qazının idxalını dayandıracaq
Avropa İttifaqı 2027-ci ilə qədər Rusiya qazının idxalını mərhələli şəkildə dayandıracağını açıqlayıb. Avropa Şurası Avropa Parlamenti ilə birlikdə bu prosesin mərhələli şəkildə həyata keçirilməsi barədə razılığa gəlib. Plana əsasən, Rusiya maye qazının (LNG) idxalı 2026-cı ilin sonunadək, boru kəmərləri ilə daşınan qaz isə 2027-ci ilin payızına qədər tamamilə qadağan ediləcək.
Məlumata görə, Rusiyanın Aİ qaz bazarındakı payı oktyabr ayına kimi 12 faizə düşüb. Hazırda Macarıstan, Fransa və Belçika hələ də Rusiya qazını idxal edən ölkələr arasında qalır.
TRT XƏBƏR
Kərimova Xədicə