Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq möhkəmlənməkdə davam edir
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko sosial media hesabında 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, paylaşımda deyilir:
“Müstəqillik günün mübarək, Azərbaycan! 2025-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq möhkəmlənməkdə davam edir.
Yeni hərtərəfli Tərəfdaşlıq və Əməkdaşlıq Sazişimiz üzrə davam edən danışıqlar enerji təhlükəsizliyi, nəqliyyat və rəqəmsal sahədə genişləndirilən əməkdaşlıq əlaqələrimizin dərinləşməsinə töhfə verir