Aİ liderləri fövqəladə zirvə toplantısında bir araya gəlib
Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri Brüsseldə keçirilən fövqəladə zirvə toplantısında bir araya gəlib.
Belçikanın paytaxtı Brüsseldə Aİ Şurasının sədri Antonio Kostanın dəvəti ilə baş tutan zirvəyə Aİ liderləri ilə yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski də toplantının bir hissəsində qatılır.
Aİ Şurasından verilən məlumata görə, liderlər ilk olaraq Ukraynada “hərtərəfli, ədalətli və davamlı sülhün ön planda olması” məqsədilə Ukraynaya daha çox dəstək göstərilməsini müzakirə edəcək, davamlı sülh üçün zəruri təhlükəsizlik təminatlarını və Avropanın bu istiqamətdə göstərə biləcəyi mümkün töhfələri nəzərdən keçirəcəklər.
CNN Türk
Günel Verdiyeva