00:00:00
Yazar
Admin User
26.06.2025 18:04 92 2 dəq oxuma
Dünya

Aİ liderləri İsraili Qəzzadakı blokadanı ləğv etməyə çağırıblar

Aİ liderləri İsraili Qəzzadakı blokadanı ləğv etməyə çağırıblar

Brüsseldə keçirilən Avropa İttifaqı Zirvəsinin yekun bəyanatının Yaxın Şərq bölməsi açıqlanıb.


Liderlər, Qəzzədə dərhal atəşkəsin elan olunmasını və bütün əsirlərin qeyd-şərtsiz azad buraxılmasını tələb ediblər. Onlar, “Qəzzədəki ağır humanitar vəziyyət, qəbuledilməz dərəcədəki mülki itkilər və aclıq səviyyəsi Aİ liderlərini ciddi narahat edib” ifadəsini işlədiblər.


Aİ liderləri, İsraili Qəzzəyə tətbiq etdiyi blokadanı tamamilə ləğv etməyə, Qəzzəyə dərhal və maneəsiz humanitar yardım çatdırılmasına icazə verməyə və BMT qurumları ilə humanitar yardım təşkilatlarının fəaliyyətini təmin etməyə çağırıblar.


İsrailin, beynəlxalq humanitar hüquq daxil olmaqla, beynəlxalq hüquq çərçivəsindəki öhdəliklərinə tam riayət etməsinin vacibliyini vurğulayıblar. Aİ liderləri, İsraillə Aİ arasında mövcud olan və insan hüquqları ilə beynəlxalq hüquqa riayət edilməsini nəzərdə tutan Tərəfdaşlıq Sazişinin 2-ci maddəsinə uyğunluqla bağlı Avropa Komissiyasının hazırladığı hesabatı nəzərə aldıqlarını və vəziyyətin inkişafını qiymətləndirərək gələn ay bu məsələnin müzakirə ediləcəyini bildiriblər.


Aİ liderləri, İsrailin fələstinlilərə qarşı zorakılığını və işğal altındakı Fələstin torpaqlarını genişləndirməsini kəskin şəkildə qınayıblar.


Həmçinin, HƏMAS-a qarşı əlavə məhdudlaşdırıcı tədbirlərin hazırlanması istiqamətində işlərin davam etdirilməsinə çağırış ediblər.


Liderlər, iki dövlətli həllə əsaslanan davamlı və ədalətli sülh yolunda Aİ-nin öhdəliyinin davam etdiyini və bu prosesə töhfə verməyə hazır olduqlarını ifadə ediblər.


İran


İranla bağlı liderlər, bu ölkənin heç vaxt nüvə silahı əldə etməsinə yol verilməməli olduğunu bəyan ediblər və diplomatik danışıqlara geri qayıtmaq çağırışını təkrarlayıblar.


Suriya


Suriya ilə bağlı məsələlərə də toxunan Aİ liderləri, bu ölkəyə qarşı tətbiq edilən bəzi sanksiyaların ləğv olunmasını alqışlayıblar və “Suriyanın təhlükəsiz sərhədlər daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüquqa uyğun olaraq qorunmalıdır” ifadəsini işlədiblər.


TRT Haber
Xəlilli Nigar

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər