00:00:00
Yazar
Admin User
24.10.2025 16:22 129 2 dəq oxuma
Dünya

Aİ liderləri razılığa gələ bilməyib

Aİ liderləri razılığa gələ bilməyib

Rusiya aktivləri ilə Ukraynaya kredit dekabr ayına qədər təxirə salınıb.


Avropa İttifaqı liderləri Brüsseldə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya dəstək məqsədilə istifadəsini müzakirə ediblər. Aİ Komissiyası təxminən 225 milyard dollar dəyərində aktivlərin faiz gəlirlərinin kredit kimi Ukraynaya köçürülməsini təklif edib. Lakin Belçikanın qeyd-şərtləri və texniki və hüquqi məsələlərə görə yekun qərar dekabr ayına qədər təxirə salınıb. Von der Leyen planın beynəlxalq hüquqa uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb. Üzv dövlətlər arasında müzakirələr davam edir.


Avropa İttifaqına üzv olan 27 ölkənin liderləri Brüsseldə görüşüblər. Sammitin əsas gündəmi Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya dəstək vermək üçün istifadə edilməsi olub. Aİ Şurasının sədri Antonio Kosta, heç bir ölkənin veto hüququ olmadığını ifadə edərək, "Ukraynaya tam maliyyə dəstəyinin verilməsi ilə bağlı ən mühüm siyasi qərarı 2026 və 2027-ci illərdə müzakirə edəcəyik" deyib.


Aİ Komissiyasının planına görə, təxminən 225 milyard dollarlıq dondurulmuş Rusiya aktivlərindən əldə edilən faiz gəlirləri kredit kimi Ukraynaya köçürüləcək. Bununla belə, bu vəsaitlərin böyük bir hissəsinə sahib olan Belçika, Moskvanın potensial cavab tədbirləri ilə bağlı ehtiyatlı olduğunu bildirib.


Belçikanın Baş naziri Bart De Wever, "Risk bütün üzv dövlətlər arasında bölüşdürülmədiyi müddətdə qərar vermək tezdir" dedi və bu səbəbdən yekun qərar dekabr ayına qədər təxirə salınıb.


Kosta Aİ Komissiyasına texniki problemlərin həlli istiqamətində işlərinin davam etdirilməsi barədə göstəriş verdiklərini bildirib.


AB Komissiyasının sədri Ursula fon der Leyen planın beynəlxalq hüquqa tam uyğun olaraq həyata keçiriləcəyini vurğulayıb:

"Biz Rusiyanın dondurulmuş aktivləri ilə maliyyələşdiriləcək kompensasiya krediti ilə bağlı yaxşı müzakirə apardıq. Bununla belə, hələ də aydınlaşdırmalı olduğumuz bəzi məqamlar var. Biz qanunlara və Avropa prinsiplərinə sadiq qalacağıq".
Bu arada Brüsseldə pərdə arxasında müzakirələr davam edir. Bəzi üzv dövlətlər bu addımın beynəlxalq hüququ poza biləcəyini, bəziləri isə bunun Moskvaya güclü siyasi mesaj verəcəyini iddia edir.


CNN Türk
Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər