Aİ miqrasiya qaydalarını sərtləşdirir: Türkiyə necə təsirlənəcək?
Avropa İttifaqı miqrasiya qaydalarını sərtləşdirməyə davam edir. Son qəbul edilən qərarlar, xüsusilə sığınacaq prosedurlarının Aİ sərhədləri xaricinə daşınmasını və deportasiya proseslərinin sürətləndirilməsini nəzərdə tutur.
Aİ-nin daxili işlər və ədliyyə nazirləri vasitəsilə qəbul edilən bu qərarlar Türkiyədən ediləcək sığınacaq müraciətlərinə də təsir göstərəcək. Avropa ölkələrində ifrat sağ partiyaların miqrasiyanı daxili siyasətdə təbliğat aləti kimi istifadə etməsi, Aİ ölkələrini mövcud qaydaları daha da sərtləşdirməyə vadar edib. Bu qərarların, qeyri-qanuni miqrasiyanın 2015-ci illə müqayisədə daha aşağı səviyyədə olmasına baxmayaraq qəbul olunması diqqət çəkir. Aİ-yə sədrlik edən Danimarkanın qəbul olunması üçün ciddi səylər göstərdiyi qərarlardan ən diqqətçəkəni isə Aİ sərhədləri xaricində “qayıdış mərkəzləri”nin yaradılmasına imkan verən tənzimləmədir.
Bu mərkəzlər üçüncü ölkələrdə qurulacaq və sığınacaq müraciəti rədd edilənlər, eləcə də Aİ ölkələrində qeyri-qanuni qalan şəxslər həmin mərkəzlərə göndəriləcək. Bu şəxslər aidiyyəti ölkə ilə əldə edilən razılaşma çərçivəsində deportasiya olunana qədər həmin mərkəzlərdə saxlanıla biləcək.
BBC NEWS
Səmayə Səftərova