00:00:00
Yazar
Admin User
12.02.2025 15:06 195 1 dəq oxuma
Dünya

Aİ-nin Ukraynaya etdiyi yardım məbləği 134 milyard avrodan çoxdur

Aİ-nin Ukraynaya etdiyi yardım məbləği 134 milyard avrodan çoxdur

Avropa İttifaqı, Rusiya ilə müharibədə Ukraynaya indiyədək 134 milyard avrodan çox dəstək verdiyini açıqlayıb. Aİ Komissiyasının üzvü Marta Kos bu il ərzində Ukrayna ilə üzvlük danışıqlarına başlanmalı olduğunu bildirib.

 

"Aİ, UKRAYNA ÜÇÜN ƏN BÖYÜK DONOR"

 

Kos, Avropa Parlamentinin Baş Assambleyasında Ukrayna mövzusunda keçirilən iclasda çıxış edib. Aİ-nin 24 fevral 2022-ci ildə başlayan müharibədə Ukraynaya göstərdiyi dəstəyə dair məlumatları paylaşan Kos, "İndiyədək Aİ və üzv dövlətlərdən gələn ümumi dəstək 134 milyard avronu ötüb", – deyib.

 

O, Aİ-nin Ukraynanın müdafiə sektorunda ən böyük beynəlxalq donor və ən böyük dövlət sərmayəçisi olduğunu vurğulayaraq, "1 milyondan çox mərmi təmin etdik və bu qışın sonuna qədər 75 min əsgəri hazırlamış olacağıq. Müharibədən qaçan 4,5 milyon insan Aİ-də müvəqqəti qoruma alıb", – deyə bildirib.

 

Ukraynanın Aİ-yə üzvlük prosesi ilə bağlı Kos, "Ukraynanın səylərinə cavab verməli və bu il mümkün olan ən qısa müddətdə ilk danışıqlar paketini açmalıyıq", – ifadəsini işlədib.

 

Aİ UKRAYNAYA DƏSTƏK MƏSƏLƏSİNDƏ TƏK QALIB

 

Aİ üçün Ukraynanı dəstəkləmək, müharibənin üçüncü ildönümü yaxınlaşarkən heç vaxt olmadığı qədər kritik əhəmiyyət kəsb edir. Bu məsələdə ən böyük tərəfdaşı olan ABŞ-ni Donald Tramp rəhbərliyinin fərqli yanaşması səbəbindən itirən Aİ yeni strategiya formalaşdırmağa çalışır. İndiyə qədər Ukraynaya edilən bütün yardımların təxminən yarısını ABŞ təkbaşına maliyyələşdirib.

 

Mənbə: Haberler

Aygün Babayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər