Aİ-nin XİN başçıları Gürcüstanla bağlı müzakirələr aparıb
“Biz Gürcüstanda artan repressiyaları müzakirə etdik və buna görə məsuliyyət daşıyanlara qarşı əlavə məhdudlaşdırıcı tədbirləri nəzərdən keçirməyə hazırıq”.
"İnformator.az" "Teleqraf" istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Gürcüstanla bağlı atılacaq növbəti addımların məqsəd gürcü xalqını deyil, insan haqlarının pozulmasına görə cavabdeh olanların cəzalandırılmasıdır.