Aİ ölkələrindən İrana çağırış
Polşa, Litva, Estoniya və Finlandiya, ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra Tehran rəhbərliyinə danışıqlar masasına qayıtmaq çağırışı ediblər.
Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Xarici İşlər nazirləri toplantısı öncəsində verdiyi açıqlamada belə deyib:
“İran uranın zənginləşdirilməsinin özü üçün daha vacib olduğuna qərar verib”.
Cenevrədə keçirilən görüşlərdə Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almağa çalışan avropalı danışıqlar aparanlara təşəkkür edən Sikorski, Aİ-nin əlindən gələni etdiyinə əmin olduğunu bildirib.
O, Yaxın Şərqdəki toqquşmalar səbəbindən Ukraynadakı müharibənin ikinci plana keçməsindən narahat olduğunu qeyd edib və əlavə edib:
"Putin heç bir təxribat olmadan Ukraynanı ələ keçirmək üçün hücum edib. İsrail və ABŞ isə İranın nüvə bombası əldə etməsinin qarşısını almaq üçün İrana zərbə endirib. Bunlar tamamilə fərqli motivasiyalardır”.
TRT XƏBƏR
Nuray Əliyeva