00:00:00
Yazar
Admin User
26.08.2025 13:48 75 1 dəq oxuma
Dünya

“Aİ Qəzza qətliamına görə cavab verməlidir”

“Aİ Qəzza qətliamına görə cavab verməlidir”

Avropa İttifaqının (Aİ) sabiq xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel İsrailin Qəzzada törətdiyi kütləvi qətllərə qarşı Avropa institutlarının hərəkətsizliyinə görə “məhkəmə reaksiyasına” çağırıb. Bu barədə o, İspaniyanın şimalında, Santander şəhərində Menendes Pelayo Beynəlxalq Universitetinin təşkil etdiyi yay seminarlarında çıxışı zamanı jurnalistlərə bildirib.


Avropalı siyasətçi İsrailin Qəzza sektorunda həyata keçirdiyi soyqırım ilə bağlı Aİ-nin mövqeyini kəskin tənqid edib.


“Avropa institutlarının lazımi şəkildə hərəkət edə bilməsi üçün kimsə məhkəmə işini başlatmalıdır. Çünki görünür ki, Avropa institutları bunu etmək istəmir. Amma məhkəmələr var. Avropanın bu hərəkətsizliyi orada mübahisələndirilə bilər”, – deyə o bildirib.


Anadolu Agency
Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər