00:00:00
Yazar
Admin User
02.12.2025 18:39 110 2 dəq oxuma
Dünya

Aİ: Rusiya Ermənistanda dezinformasiya kampaniyasını gücləndirir, plan Moldovadakı kimidir

Aİ: Rusiya Ermənistanda dezinformasiya kampaniyasını gücləndirir, plan Moldovadakı kimidir

Avropa İttifaqı (Aİ) Ermənistana dəstək proqramı çərçivəsində 15 milyon avro ayırıb. Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında bildirib. Kallasın sözlərinə görə, ayrılan vəsait mina təhlükəsizliyi üzrə təlimlərin keçirilməsinə, etimad qurucu tədbirlərin maliyyələşdirilməsinə, həmçinin xarici müdaxilələrin aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində istifadə olunacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Avropa İttifaqı, ümumiyyətlə beynəlxalq münasibətlər sistemində belə bir qayda var ki, bu maliyyə yardımları birbaşa və ya dolayı olaraq siyasi aktorların öz maraqlarının təmin olunmasına hesablanır:

 

"Yəni heç kim heç kimə durduq yerdə pul vermir. Bu vəsaitlər ya birbaşa, ya da dolayı şəkildə maraqların təmin olunmasına xidmət edir. İndiki məqamda Avropa İttifaqının Ermənistana pul ayırması daha çox Ermənistanı öz tərəfinə çəkməyə və Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə hesablanıb. Eyni zamanda bu, Rusiyanın təsir imkanlarını azaltmağa yönəlib. Burada başqa bir məsələ də var. Avropa İttifaqı bu maliyyə yardımını qarşıdan gələn parlament seçkiləri ərəfəsində Paşinyana dəstək məqsədilə ayıra bilər. Məqsəd Paşinyanın mövqeyini möhkəmləndirməkdir.

 

Digər tərəfdən, son zamanlar Avropa İttifaqı ilə ABŞ arasında münasibətlərdə gərginlik müşahidə olunur və bu, müxtəlif regionlarda, o cümlədən Şərqi Avropada hiss edilir. Ehtimal etmək olar ki, bu gərginlik Cənubi Qafqazda da özünü göstərə bilər.Çünki Vaşinqton Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin möhkəmlənməsinə qarşı çıxa bilər. Vaşinqtonun da bu regionda öz maraqları var və həmin maraqlar 8 avqustda Vaşinqtonda imzalanan sənədlərlə təsdiq olunub. ABŞ razı olmaz ki, hansısa başqa aktor  o cümlədən Rusiya  regionda təsir imkanlarını yenidən artırsın. Bu da Vaşinqtonla Rusiya arasında münasibətlərin Cənubi Qafqazda kəskinləşməsinə gətirib çıxara bilər".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər