Aİ Rusiyadan neft-qaz idxalına tam qadağa təşəbbüsünü səsverməyə çıxaracaq
Avropa Parlamenti (AP) oktyabrın 16-da Avropa Komissiyasının təklifinə əsasən, Avropa İttifaqı ölkələrinin Rusiyadan neft və qaz almasını tam və müddətsiz qadağan edən qərar layihəsi üzrə ilk səsverməni keçirəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə parlamentin Sənaye və Energetika Komitəsinin iclas gündəliyində qeyd olunub.
Layihəyə əsasən, “RePowerEU” adlı enerji sisteminin yenidən qurulması direktivinə düzəlişlər nəzərdə tutulur. Əsas dəyişiklik 2028-ci ildən etibarən Aİ ölkələrinin Rusiyadan neft, qaz və neft məhsullarını istənilən formada idxal etməsinə tam qadağa qoyulmasını ehtiva edir.
Avropa Komissiyası bildirib ki, bu qadağa müddətsiz olacaq və Ukraynada münaqişənin gedişindən asılı olmayacaq.