Aİ Rusiyanın karbon rüsumu ilə bağlı ÜTT müraciətini rədd edib
Avropa İttifaqı Rusiyanın karbon sərhəd rüsumu ilə bağlı Ümumdünya Ticarət Təşkilatında (ÜTT) danışıqlar aparmaq tələbinə rədd cavabı verib. Aİ bunun səbəbi kimi Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsini göstərib.
Rusiya bu ayın əvvəlində Aİ-nin yeni “Karbon Sərhəd Tənzimləmə Mexanizmi”nə qarşı ÜTT-yə müraciət etmişdi. Bu sistem idxal olunan mallara iqlimlə bağlı əlavə rüsumlar tətbiq edir.
26 mayda ÜTT-yə təqdim olunan sənəddə Aİ bildirib ki, hazırkı şəraitdə danışıqlar mümkün və məhsuldar deyil. Bununla Aİ məsələnin ÜTT-də irəliləməsinə müvəqqəti maneə yaradıb.
ANEWZ
Gülhüseynova Güllər