00:00:00
Yazar
Güllər Gülhüseynova
28.07.2026 16:27 24 1 dəq oxuma
Dünya

Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb

Aİ Rusiyanın müvəqqəti işlər vəkilini konsulluqlara hücumlar səbəbilə çağırıb

Avropa Xarici Əlaqələr Xidməti (EEAS) iyulun 28-də Rusiya pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozmasına və Latviyanın Ukraynadakı fəxri konsulluğuna endirilən zərbəyə cavab olaraq Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı müvəqqəti işlər vəkilini çağırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər Əl Ənuni bildirib.

 

"Bu gün biz Rusiyanın müvəqqəti işlər vəkilini EEAS-a çağırdıq. Rusiya pilotsuz uçuş aparatları tərəfindən Rumıniyanın hava məkanının qəsdən pozulması ilə əlaqədar Rusiya tərəfinə qəti etiraz bildirilib", - o qeyd edib.

#çağırıb #gündəm #işlər #konsulluqlara
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər