Aİ Şurası Kiyevə 4,2 milyard avro yardım ayırdı
"Yazılı prosedurun başa çatması ilə Şura bu gün Ukrayna Mexanizmi çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin həyata keçirilməsinə icazə verən icra qərarını qəbul edib", - sədrlik bildirib.
“Bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyir”, - deyə o əlavə edib.
Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, bu ilin sentyabrına qədər bu tranşı Ukraynaya vermək niyyətindədir.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
