00:00:00
Yazar
Admin User
11.02.2025 19:02 242 1 dəq oxuma
Dünya

Aİ Trampın tariflər barədə qərarına cavab tədbirləri görəcək

Aİ Trampın tariflər barədə qərarına cavab tədbirləri görəcək

Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp administrasiyasının polad və alüminium idxalına xüsusi rüsumlar tətbiq etməsinə qəti cavab verəcək. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bəyan edib.

 

"ABŞ-ın Avropadan polad və alüminium ixracına rüsumlar tətbiq etmək qərarından dərin təəssüf hissi keçirirəm"– deyə o, 11 fevral, çərşənbə axşamı Brüsseldə bildirib. Fon der Lyayen əlavə rüsumları qeyri-qanuni və Avropa İttifaqına zərər vuran bir addım kimi dəyərləndirib. "Onlar cavabsız qalmayacaq və sərt, proporsional əks tədbirlərlə nəticələnəcək" – deyə vurğulayıb. Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, Aİ öz iqtisadi maraqlarını qorumaq üçün addımlar atacaq və üzv ölkələrdəki işçilərin, şirkətlərin və istehlakçıların tərəfini tutacaq.


Mənbə: Deutsche Welle ( DW)

Zəhra Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər