00:00:00
Yazar
Admin User
09.06.2025 06:35 174 1 dəq oxuma
Dünya

Aİ yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər

Aİ yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər

Avropa İttifaqı (Aİ) iyunun 20-də Rusiyaya qarşı yeni sanksiyalar paketi üzrə səsvermə keçirə bilər.

 

“İnformator.az” xəbər verir ki, bu barədə “Politico" qəzeti diplomatik mənbəyə istinadən yazır.

 

"Əgər ABŞ koordinasiyalı yanaşmaya razılıq versə, növbəti sanksiyalar paketi artıq iyunun 20-də səsverməyə çıxarıla bilər", - məlumatda bildirilib.

 

Qeyd olunub ki, Aİ ABŞ-dən siqnal gözləyir. Bu siqnal iyunun 15-17-də Kanadada keçiriləcək G7 sammitində verilə bilər.

 

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ senatoru Lindsi Qremə Rusiyaya qarşı yeni sanksiyaların koordinasiyalı şəkildə tətbiq edilməsinin zəruriliyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər