00:00:00
Yazar
Admin User
28.05.2025 04:15 160 1 dəq oxuma
Dünya

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxıb

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxıb

 

Azərbaycana xüsusi nifrəti ilə seçilən Metakse Akopyan adlı keçmiş Qarabağ ermənisinin Ermənistan parlamentinin sədri Alem Simonyana sosial şəbəkə üzərindən yazdığı cavab bir sıra mətləbləri üzə çıxarıb.


"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, M.Akopyan bir vaxtlar Qarabağ separatçılarının qondarma “parlamentində” “deputat” olub, 2023-cü il anti-terror əməliyyatından sonra isə Ermənistanda “partiyanı” QHT-yə çevirərək, Qarabağ ermənilərinin “hüquqlarının” müdafiəsinə girişdiyini bildirib.

 

M.Akopyanın sözlərinə görə, Alen Simonyanın Azərbaycanı müdafiə edib və Qarabağa bağlı “istənilən instutisional fəaliyyəti Azərbaycanın suverenliyinin pozulması” adlandırıb:


“Beləliklə, Ermənistan Respublikası parlamentinin sədri Alen Simonyan Qarabağın özünüidarəsinə hər hansı cəhdin Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat kimi qiymətləndirildiyi rəvayətini effektiv şəkildə qəbul edir”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər