00:00:00
Yazar
Səadət Əlizadə
03.04.2026 19:24 33 2 dəq oxuma
Media

Ali məhkəmə borc verənləri tərəflər arasında müqavilə bağlamağa çağırır

Ali məhkəmə borc verənləri tərəflər arasında müqavilə bağlamağa çağırır

Gündəlik həyatda bir çox insan borc almaq üçün dostlarına və yaxınlarına müraciət edir. Borc verənlər isə qarşılıqlı etimada güvənərək əksər hallarda rəsmi müqavilə bağlamadan bu prosesi həyata keçirirlər.

Lakin borcun geri qaytarılması mərhələsində tez-tez problemlər yaranır. Bu vəziyyət tərəflər arasında mübahisələrə səbəb olur və nəticədə məsələ məhkəmə müstəvisinə qədər gedib çıxır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Ramil Süleymanlı bildirib ki, tərəflər arasında bir-birinə müəyyən əşyaların və ya pul məbləğinin verilməsi, qarşı tərəfin isə (borcalanın) həmin əşyanı və ya pulu müəyyən olunan müddət ərzində geri qaytarması borc münasibəti hesab olunur:


“Bildirmək istəyirəm ki, əgər borcun məbləği 3000 manatdan yuxarıdırsa və eyni zamanda tərəflərdən biri hüquqi şəxsdirsə, mütləq şəkildə borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Yazılı formada ən etibarlı variant borc müqaviləsinin notarial qaydada təsdiq edilməsidir. Borc müqaviləsində mütləq şəkildə tərəflərin borcu hansı müddət ərzində qaytaracaqları və borcun məbləği göstərilməlidir. Əgər borca görə faiz nəzərdə tutulursa, bu da ayrıca maddə ilə qeyd olunmalıdır.

Tərəflər arasında yalnız şifahi razılaşma olduqda, onların arasındakı yazışmalar mövcuddursa, məhkəmə bunu qiymətləndirə və tərəflər arasında faktiki borc münasibətlərini təsdiq edə bilər.

Eyni zamanda, müqavilə olmadıqda belə, borcun verildiyini sübut etmək mümkündür. Əgər şəxs aldadıldığını əsas gətirərək polisə müraciət edərsə, polis idarəsində verdiyi izahat borc verən tərəf üçün əsaslı sübut kimi tanına və məhkəməyə təqdim oluna bilər”.

 

Səadət Əlizadə

#borc #ali #verənləri #müqavilə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər