Ali Məhkəmə Trampın milyardlarla dollarlıq xarici yardımı dondurmaq istəyini rədd edib
Çərşənbə günü bölünmüş Ali Məhkəmə, Konqres tərəfindən təsdiqlənmiş milyardlarla dollarlıq xarici yardımın dondurulmasını davam etdirmək üçün Tramp administrasiyasının müraciətini rədd edib.
Lakin məhkəmə vəsaitin nə zaman sərbəst buraxılmalı olduğunu dərhal açıqlamadı və bu, Ağ Evə məsələni aşağı instansiya məhkəmələrində mübahisələndirmək üçün əlavə vaxt verib.
Qərar 5-4 hesabı ilə qəbul edilib.
Sənədsiz təqdim olunan qərarda dörd mühafizəkar hakim – Samuel Alito, Klarens Tomas, Nil Qorsuç və Brett Kavanaugh – fərqli fikir bildirib. Əksəriyyəti təşkil edən beş hakim isə Baş hakim Con Roberts, Emi Koni Barrett, Elena Kaqan, Sonya Sotomayor və Ketanci Braun Cekson olub.
Əksəriyyət bildirib ki, məhkəmənin keçən həftə vəsaitlərin xərclənməsi üçün təyin etdiyi son tarix artıq keçdiyindən, aşağı instansiya məhkəmələri hökumətin müvəqqəti məhdudlaşdırıcı qərara riayət etməsi üçün hansı öhdəlikləri yerinə yetirməli olduğunu aydınlaşdırmalıdır.
CNN
Nuray Qurbanlı