00:00:00
Yazar
Səadət Əlizadə
05.11.2026 19:34 34 1 dəq oxuma
Maraqlı

Alimlər az yuxu ilə kifayətlənən insanların genetik xüsusiyyətlərini araşdırır

Alimlər az yuxu ilə kifayətlənən insanların genetik xüsusiyyətlərini araşdırır

Bəzi insanlar gecə cəmi 4-6 saat yatmaqla özlərini enerjili hiss edir və gündəlik fəaliyyətlərini normal davam etdirirlər. Alimlər bunun əsas səbəblərindən birinin genetika olduğunu müəyyən ediblər.

 

Kolorado Universitetinin immunologiya professoru Eymi Pyu Bernard uzun illərdir az yatmasına baxmayaraq, özünü gümrah hiss edir. O, adətən gecə saat 22:00-da yatır və səhər 04:30-da oyanır. 2019-cu ildə aparılan araşdırma nəticəsində Bernardın Ailəvi Təbii Qısa Yuxu (FNSS) adlanan nadir genetik xüsusiyyətə sahib olduğu məlum olub.

 

Tədqiqatçılar müəyyən ediblər ki, bu genetik mutasiyaya sahib insanlar az yatmalarına baxmayaraq, yaddaş zəifləməsi kimi bəzi mənfi təsirlərdən daha yaxşı qoruna bilərlər. Araşdırmalar həmçinin yuxu müddətinə təsir edən yüzlərlə genetik variantın mövcudluğunu göstərir.

 

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, hər kəsin az yuxu ilə normal fəaliyyət göstərməsi mümkün deyil. İnsan özünü yaxşı hiss etsə belə, yuxu çatışmazlığı diqqət və zehni fəaliyyətə mənfi təsir göstərə bilər.

 

 

Mütəxəssislərin fikrincə, gələcəkdə bu araşdırmalar yuxu pozuntularının müalicəsi üçün yeni dərmanların hazırlanmasına kömək edə bilər. Qeyd edək ki, əksər böyüklər üçün tövsiyə olunan yuxu müddəti sutkada 7-9 saatdır.



Aysu Abbasova

#xüsusiyyətlərini #insanların #yeni #yuxu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər