00:00:00
Yazar
Admin User
23.06.2025 15:31 136 1 dəq oxuma
Dünya

Alman və Fransız sənayesi birləşib

Alman və Fransız sənayesi birləşib

Almaniya və Fransanın aerokosmik sənaye nümayəndələri ABŞ-yə qarşı tətbiq edilə biləcək AB vergilərinə dair eyni mövqedə birləşib. Onlar ehtiyat hissələrinin deyil, yalnız ABŞ-də tam hazırlanmış təyyarə və helikopterlərin hədəf alınmasını dəstəkləyirlər. Almaniyanın BDLI təşkilatı bildirib ki, ehtiyat hissələrinə tətbiq ediləcək tariflər Avropa və qlobal istehsal şəbəkələrinə zərər verə bilər.

 

AB Komissiyası ABŞ məhsullarına qarşı 95 milyard avro dəyərində cavab tədbiri siyahısı hazırlayıb. Siyahıya təyyarələr də daxildir. Əgər danışıqlar uğursuz olsa, bu məhsullara gömrük rüsumları tətbiq oluna bilər. AB tərəfdən təklif olunan tariflərə cavab olaraq, ABŞ də əlavə tariflər tətbiq edə biləcəyini bildirib. Hazırda Airbus və Boeing arasındakı rəqabət yeni ticarət gərginliyi ilə risk altındadır.

 

AB və ABŞ liderləri görüşlərində danışıqların sürətləndirilməsini tapşırıblar. ABŞ Prezidenti Tramp isə xəbərdarlıq edib ki, iyulun 9-na qədər “ədalətli” razılaşma əldə olunmazsa, AB məhsullarına tətbiq olunan tariflər 50%-ə qədər artırılacaq.


Evronews

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər