Almaniya Bundestaqı yeni hərbi xidmət islahatını təsdiqləyib
Almaniya parlamenti Bundestaq cümə günü ölkədə ehtiyacdan asılı çağırış sisteminə keçidi nəzərdə tutan qanun layihəsini qəbul edib. Səsvermədə 323 deputat “lehinə”, 272-si “əleyhinə” səs verib.
Sənəd Bundesverin şəxsi heyətini 2035-ci ilə qədər 180 mindən 260 minə çatdırmağı, əlavə 200 min ehtiyat qüvvənin hazırlanmasını hədəfləyir. Qanun məcburi hərbi xidmət tətbiq etmir, lakin könüllü qoşulmanı stimullaşdırmaq üçün aylıq başlanğıc maaşını 2 600 avroya qaldırır.
Planlaşdırılan say təmin edilməzsə, hökumət parlamentin ayrıca qərarı ilə “tələbatdan doğan çağırış” modelini işə sala bilər. 2025-dən etibarən bütün 18 yaşlılara hərbi xidmətlə bağlı sorğu göndəriləcək, 2027-dən isə kişilər üçün məcburi tibbi müayinələr başlayacaq.
Bu addım Ukrayna müharibəsindən sonra hərbi xidmətini genişləndirən Danimarka, Latviya və Fransanın qərarlarına uyğun olaraq atılır. Almaniya 2011-də məcburi çağırışı dayandırmışdı və o vaxtdan bəri ordunun maliyyələşdirilməsi 2%-lik NATO öhdəliyindən aşağı qalırdı.
Cnn News
Ədilə Hüseynzadə