00:00:00
Yazar
Mayıl Soltan
06.03.2026 17:56 69 2 dəq oxuma
Siyasət

"Almaniya da İranın hücumunu pisləyən ölkələrdəndir" - Ekspert rəyi

"Almaniya da İranın hücumunu pisləyən ölkələrdəndir" - Ekspert rəyi

Almaniya mediası İranın NMR-ə (Naxçıvan Muxtar Respublikası) həyata keçirdiyi pilotsuz uçuş aparatı (PUA) hücumlarını pisləyib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Almaniyanın qəzet və jurnalları, eləcə də müxtəlif media qurumları məlumat yayıb.

 

Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Abutalıb Səmədov Almaniyanın bir çox media resurslarında İranın Naxçıvanı vurması məsələsinin yer almasını yüksək qiymətləndirib:

 

“Almaniya Avropa İttifaqının iqtisadi baxımdan ən güclü dövlətidir. Dünyada da böyük nüfuza malik ölkələrdən biridir. Bu səbəbdən Almaniya mətbuatında Azərbaycana qarşı həyata keçirilən dron hücumlarının bu qədər geniş işıqlandırılması müsbət hal kimi dəyərləndirilə bilər. Bu, həm Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətə diqqətin artması, həm də bu siyasətlə razılaşmayanların reaksiyası kimi qiymətləndirilə bilər. Digər baxımından, Azərbaycan mürəkkəb və bəzən təhlükəli dövlətlərlə qonşu olmasına baxmayaraq, heç vaxt başqa ölkələrin diktəsi ilə hərəkət etməyib. Ölkə doğru hesab etdiyi addımları atıb, həm bölgədə, həm də dünyada sülhün və sabitliyin təmin olunması üçün əlindən gələni edib. Almaniya ictimaiyyətinin bu həqiqətləri bilməsi, təbii ki, müsbət haldır”.

 

Ekspert dron hücumları ilə bağlı atılacaq addımlardan da söz açıb:

 

“Hava hücumundan müdafiə sistemi bu hadisəni diqqətlə araşdırmalı və PUA-ların qarşısının alınmaması ilə bağlı ciddi nəticələr çıxarmalıdır. Dünyada hava hücumlarından yüz faiz qoruyan sistem mövcud deyil, lakin təhlükəsizliyi təmin edən effektiv sistemlər var. Mən hesab edirəm ki, Azərbaycanın müdafiəyə ayırdığı vəsait bu sistemlərin alınmasına, onların sərhədlərdə və zəruri ərazilərdə yerləşdirilməsinə imkan verir. Hava hücumundan müdafiə sistemi daha da gücləndirilməli və daha etibarlı hala gətirilməlidir",-deyə o, fikirlərini yekunlaşdırıb.

 

Aysun Xanatova

#pisləyən #i̇ranın #gündəm #ekspert #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər