Almaniya Kansleri İsrail və ABŞ-nin hücumlarını dəstəkləyir
Almaniya Kansleri Fridrix Mers bildirib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları tənqid etmək üçün heç bir səbəb yoxdur.
Alman Sənayeçilər Birliyi tərəfindən təşkil olunan “2025 Sənaye Günü” tədbirində çıxış edən Mers, ABŞ və İsrailin İrana qarşı hücumlarını dəyərləndirib.
“Bir daha açıq və qəti şəkildə demək istəyirəm ki, bizim və şəxsən mənim üçün İsrailin bir həftə əvvəl başlatdığı əməliyyatı tənqid etmək üçün heç bir səbəb yoxdur. Eyni şəkildə, ABŞ-nin keçən həftəsonu həyata keçirdiyi addımları da tənqid etmək üçün bir səbəb yoxdur”,– deyə Mers bildirib.
Almaniya Kansleri hazırkı vəziyyətin riskli olduğunu vurğulayıb və əlavə edib:
“Vəziyyəti olduğu kimi buraxmaq da seçim deyil”.
Mers qeyd edib ki, İrandakı siyasi rəhbərliyin, silahlı qüvvələrin və İnqilab Keşikçilərinin gücünü tam olaraq qiymətləndirmək mümkün deyil. Onun sözlərinə görə, İranın müqavimətinin gözləniləndən zəif olması və İrana bağlı qrupların və milislərin nisbətən az reaksiya göstərməsi ümidverici iki amildir.
TRT XƏBƏR
Nuray Əliyeva