00:00:00
Yazar
Admin User
16.11.2025 10:51 131 1 dəq oxuma
Dünya

Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır

Almaniya PUA-lardan müdafiəyə 100 milyon avro ayırır

Almaniya hökuməti qısa müddətdə dronlardan müdafiə üçün 100 milyon avro sərmayə ayıracaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi PUA-lara qarşı planın maliyyələşdirilməsini təsdiqləyib.

 

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bu məqsədlə Almaniya Federal Polisi ilə əməkdaşlıq çərçivəsində konsepsiya hazırlayıb.


Məlumata görə, məqsəd dronları aşkarlamaq və ələ keçirməkdir. Yeni dron əleyhinə bölmə dekabr ayında fəaliyyətə başlayacaq. Onların paytaxt, əsas hava limanları və digər təhlükəsizlik baxımından vacib obyektlər ətrafında yerləşdirilməsi planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər