00:00:00
Yazar
Admin User
06.06.2024 16:13 426 1 dəq oxuma
Dünya

Almaniya Rusiya ilə müharibə olacağı təqdirdə plan hazırlayıb

Almaniya Rusiya ilə müharibə olacağı təqdirdə plan hazırlayıb

Almaniya hökuməti Rusiya ilə silahlı münaqişə zamanı respublika əhalisi üçün fəaliyyət planı hazırlayıb. "İnformator.az" xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.

 

“NATO qoşunları Almaniya boyunca şərq cinahına köçürüləcək, Bundesver qüvvələri də orada olacaq. Mətndə birbaşa qeyd olunur ki, eyni vaxtda bir neçə yerə hücum olarsa, dövlət hamıya kömək edə bilməyəcək: insanlar özləri çətinliklərin öhdəsindən gəlməyə hazır olmalıdırlar”, - nəşr yazır.

 

Plan həmçinin “Almaniya özünü müdafiə etdiyi” halda hazırkı parlamentin buraxılmasına qadağa qoymağı da istisna edir. Bundan əlavə, mətn potensial ərzaq çatışmazlığı məsələsinə toxunur. Bununla bağlı qida paylanması üçün standartların tətbiqi təklif edilir. Hökumətin əhalini gündə bir dəfə isti yeməklə təmin etmək üçün düyü, paxlalı bitkilər və qatılaşdırılmış süddən “təcili ehtiyat” toplayacağı gözlənilir.

 

Qeyd edək ki, bundan əvvəl Almaniya kansleri Olaf Şolz bildirib ki, bir çox alman vətəndaşları Ukraynada münaqişənin gərginləşməsi təhlükəsindən qorxurlar. O əlavə edib ki, sülhün təmin edilməsi “ağ bayraq atmaq” demək deyil, ona görə də Almaniya “Ukraynanı dəstəkləməyə” davam edəcək.

 

Banuçiçək Kalbalıyeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər