00:00:00
Yazar
Admin User
27.06.2025 11:04 146 1 dəq oxuma
Dünya

Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Almaniyanın Rusiyadakı səfiri Aleksander Lambsdorf bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

"İnformator.az" Rusiya KİV-inə istinadən xəbər verir ki, diplomata "Almaniyada rusiyalı jurnalistlərin təqib edilməsi" ilə bağlı etiraz bildiriləcək.

 

Məlumata görə, Moskva səfirə cavab tədbirlərini açıqlamaq niyyətindədir.

 

Qeyd edək ki, daha əvvəl Almaniya polisinin rusiyalı jurnalist Sergey Feoktistov, onun həyat yoldaşı və qızının pasportlarını aldığı barədə məlumat verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər