00:00:00
Yazar
Admin User
28.10.2025 16:39 139 2 dəq oxuma
Dünya

Almaniya Türkiyənin "Eurofighter" qırıcılarını almasına mane olmayacaq

Almaniya Türkiyənin "Eurofighter" qırıcılarını almasına mane olmayacaq

O bildirib ki, bu barədə müzakirələr artıq son mərhələyə yaxındır.Baş icraçı direktor müzakirələrin nəticə verəcəyinə dair ümidli olduğunu bildirib.M. Şoellhorn onu da deyib ki, Avropa müdafiə xərclərini artırmalıdır.

 

Bu mövzu ilə bağlı politoloq Turab Rzayev “İnformator.az”a bildirib ki,Avropa İttifaqı hazırda özünü müdafiə etməkdə kifayət qədər güclü deyil:

 

“Onun müdafiə qüvvələri Avropanı tam qorumağa yetmir. Bu səbəbdən Avropanın təhlükəsizliyi üçün Türkiyəyə böyük ehtiyac var.Bu yeni vəziyyət deyil. Daha əvvəl də ABŞ və NATO rəsmiləri dəfələrlə qeyd edib ki, Avropanın təhlükəsizliyində Türkiyə əsas oyunçulardan biridir. NATO daxilində də bu mövqe dəfələrlə vurğulanıb. Türkiyə ordusu Avropanın ən güclü NATO ordularından biridir və ümumilikdə ikinci ən güclü ordudur. Buna görə də Avropadakı təhlükəsizlik məsələlərində NATO, xüsusilə Türkiyə ordusuna arxalanır.Hərçənd, Fransa və Almaniya ilə Türkiyə arasında bəzi problemlər olsa da, faktlar göstərir ki, Avropa ölkələri Türkiyənin mövqeyinə ehtiyac duyurlar, xüsusilə Ukrayna məsələsində. Bu səbəbdən Türkiyə ilə münasibətlərin yumşaldılması vacibdir. Misal üçün, Konqresdə Türkiyəyə qarşı əvvəl qoyulmuş qadağaların aradan qaldırılması istiqamətində addımlar atılır. Prezident Tramp bu məsələdə xüsusi fəaliyyət göstərir.Avropada da oxşar açıqlamalar verilib. Fransa və Almaniya dəfələrlə Türkiyənin Avropanın müdafiəsində əsas qüvvələrdən biri olduğunu vurğulayıb. Almaniya düşünür ki, əgər Türkiyənin müdafiə qabiliyyəti zəifləsə, Ukrayna münaqişəsi və ya gələcəkdə Şərqi Avropada baş verə biləcək münaqişələrdə Türkiyə daha zəif olacaq və Avropanın təhlükəsizliyini təmin etmək çətinləşəcək.Buna görə Avropa ölkələri Türkiyə ilə münasibətləri normallaşdırmağa və onun müdafiə qabiliyyətini artırmağa çalışır. Türkiyə isə hava qüvvələrini balanslı və məqsədyönlü şəkildə inkişaf etdirir. Ölkə həm F-16 və F-35 kimi təyyarələrə ehtiyac duyur, həm də milli təyyarə istehsalını həyata keçirməyə çalışır. Öz mühərriklərinin istehsalı isə illərlə vaxt alacaq.Türkiyə həmçinin İtaliya ilə hərbi sənaye əməkdaşlığını genişləndirir, milli təyyarələrin istehsalında və modernizasiya layihələrində fəal iştirak edir. Bu addımlar, eyni zamanda, hava qüvvələrinin güclənməsinə və gələcəkdə potensial təhdidlərə qarşı müqavimət göstərməyə xidmət edir.Əgər Almaniya qadağaları aradan qaldırsa, F-16 və F-35-lərin alınması Türkiyə üçün daha rahat olacaq. Lakin bu qərar Konqresə bağlıdır. Bu səbəbdən Prezident Trampın Konqres üzərində təzyiq göstərməsi vacibdir və hazırda bu istiqamətdə addımlar atılır”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər